Kriminal

Mətləb Mütəllimli vəfat etdi

07 Apr 2026, 23:30 1 baxış
Mətləb Mütəllimli vəfat etdi
Azərbaycanın baş prokurorunun sabiq müavini Mətləb Mütəllimli vəfat edib. Bu barədə Oxu.Az-a M.Mütəllimlinin qohumları məlumat veriblər. Məlumata görə, M.Mütəllimli uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mətləb Mütəllimli 1995-ci ildə Milli Məclisin 1-ci çağırış deputatı olub. O, həmçinin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. Qeyd edək ki, Mətləb Mütəllimli 1949-cu ildə Yardımlı rayonunda anadan olub. O, 1973-79-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Mərhum sabah Xəzər rayonunun Binəqədi rayon qəbiristanlığında dəfn ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər