Dünya

Ərdoğan: "İranın tamamilə dağıdılmasına gətirib çıxaran hərəkətləri təqdir etmirik"

07 Apr 2026, 22:52 1 baxış
Ərdoğan: "İranın tamamilə dağıdılmasına gətirib çıxaran hərəkətləri təqdir etmirik"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın tamamilə dağıdılmasına gətirib çıxaran hərəkətləri təqdir etmədiyini, eyni zamanda onun region ölkələrinə münasibətdə tutduğu mövqeyi də dəstəkləmədiyini bildirib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, o bu fikirləri İspaniyanın Baş naziri Pedro Sançeslə telefon danışığı zamanı səsləndirib. "Prezident Ərdoğan bildirib ki, biz İranın tamamilə dağıdılmasına yönəlmiş addımları təqdir etmirik və İranın regiondakı qardaş ölkələrə münasibətdə tutduğu mövqeyi səhv hesab edirik. Vicdanı olan hər bir insan sülhə can atmalı və diqqətini diplomatiyaya yönəltməlidir", - deyə o vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər