Dünya
KİV: İran Fransanın iki vətəndaşını azad etdi
İran hakimiyyəti 2022-ci ildə casusluq şübhəsi ilə saxlanılan Fransa vətəndaşları Sesil Koler və Jak Parini Parisin Tehrana qarşı iddiasını BMT-nin Beynəlxalq Ədalət Məhkəməsindən geri götürməsinə cavab olaraq azad edib. Oxu.Az xəbər verir ki, bu barədə IRNA agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Fransa hakimiyyəti həmçinin 2025-ci ildə guya terrora bəraət qazandırdığına görə saxlanılan "Lümyer Lion 2" Universitetinin professoru, iranlı tərcüməçi Məhdiyə İsfəndiyarini də azad edib. Sesil Koler və Jak Pari 2022-ci ilin may ayında İranda saxlanılmışdılar. İslam Respublikasının Kəşfiyyat Nazirliyi onları əməkhaqlarının artırılmasını tələb edən müəllimlərin etiraz aksiyaları zamanı iğtişaşlar təşkil etməyə cəhd göstərməkdə ittiham edib. Daha sonra Fransa tərəfi konsulluq müdafiəsinin təmin edilmədiyini əsas gətirərək BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırmışdı. Hazırda isə Parisin bu iddianı geri götürməsi fonunda saxlanılan şəxslərin azad edildiyi bildirilir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər