Dünya

Netanyahu İsrailin İrandakı dəmir yollarına və körpülərə hücumlarını təsdiqlədi

07 Apr 2026, 18:24 1 baxış
Netanyahu İsrailin İrandakı dəmir yollarına və körpülərə hücumlarını təsdiqlədi
İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Hərbi Hava Qüvvələrinin İranda körpülərə və dəmir yollarına zərbələr endirdiyini təsdiqləyib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, hücumların İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən istifadə olunan infrastrukturun hədəfə alınması ilə bağlı olduğunu bildirib. Netanyahunun sözlərinə görə, bu addım həmin obyektlərin hərbi məqsədlərlə istifadə edilməsi səbəbindən atılıb: "Dünən bizim pilotlarımız İranın bir aviabazasında nəqliyyat təyyarələrini və onlarla helikopteri məhv ediblər. Bu gün isə onlar SEPAH tərəfindən istifadə edilən dəmir yollarına və körpülərə zərbələr endiriblər", - deyə o qeyd edib. Baş nazir əlavə edib ki, SEPAH dəmir yollarından silah istehsalı üçün materialların, sursatların və şəxsi heyətin daşınması məqsədilə istifadə edirmiş.
Mənbə oxu.az

Oxşar Xəbərlər