Kriminal
Sabunçuda gecəyarı DƏHŞƏT: Torpaq sürüşdü, qadın uçan evin altında qaldı - SON GÖRÜNTÜLƏR
Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evinin yerləşdiyi ərazidə torpaq sürüşməsi baş verib. Hadisə bu gün gecə saat 03 radələrində qeydə alınıb. Həmin ərazidə olan mişar daşından hörülmüş divar sürüşmə nəticəsində qarşıdakı evin üzərinə aşıb. Nəticədə evin bir otağı uçub. Həmin vaxt otaqda yatan 1996-cı il təvəllüdlü Günel Abdullayeva dağıntılar altında qalıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları G.Abdullayevanı oradan sağ çıxara biliblər. Oxu.Az ərazidən görüntüləri təqdim edir:
Mənbə
oxu.az
Oxşar Xəbərlər