Dünya

İsrail Müdafiə Qüvvələri İran vətəndaşlarına qatarla səyahət etməməklə bağlı xəbərdarlıq ünvanlayıb

07 Apr 2026, 15:48 1 baxış
İsrail Müdafiə Qüvvələri İran vətəndaşlarına qatarla səyahət etməməklə bağlı xəbərdarlıq ünvanlayıb
İsrail ordusu (SAXAL) İran əhalisinə mühüm və təcili xəbərdarlıq ünvanlayıb. Oxu.Az xəbər verir ki, "X" sosial platformasında yayımlanan bəyanatda İsrail hərbçiləri İran vətəndaşlarından dəmir yolu vasitəsilə səfər etməməyi tələb ediblər. "Xahiş olunur ki, hazırkı vaxtdan etibarən İran vaxtı ilə saat 21:00-dək (Bakı vaxtı ilə saat 21:30) ölkə daxilində qatarlara minməkdən imtina edəsiniz", - deyə müraciətdə bildirilir. İsrail Müdafiə Qüvvələri dəmir yolu xətləri ətrafında və qatarların daxilində olmağın insan həyatı üçün ciddi risk daşıdığını diqqətə çatdırıb. Əlavə olunub ki, bu çağırış İran ərazisindəki bütün dəmir yolu müştərilərinə və qatar sərnişinlərinə şamil edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər