Dünya
İran xalqı ABŞ-nin zərbə təhlükəsinə qarşı etiraz etməyə çağırıldı
İranın gənclər və idman nazirinin müavini Əlirza Rəhimi həmvətənlərini ABŞ-nin ölkənin enerji obyektlərinə zərbə endirmək təhdidlərinə qarşı etiraz etməyə çağırıb. Oxu.Az-ın məlumatına görə, bu barədə CNN məlumat yayıb. "Bütün gəncləri, mədəniyyət və incəsənət xadimlərini, idmançıları və çempionları "İran gənclərinin işıqlı sabah naminə canlı zənciri" adlı milli kampaniyada iştiraka dəvət edirəm", - deyə nazirlik rəsmisi bildirib. Onun sözlərinə görə, iştirakçılar, siyasi baxışlarından və inanclarından asılı olmayaraq, çiyin-çiyinə dayanmalı və mülki infrastruktura hücumların müharibə cinayəti olduğunu bəyan etməlidirlər.
Mənbə
oxu.az
Oxşar Xəbərlər