Maraqlı
Yollardakı hər beş avtomobildən biri İSTİFADƏYƏ YARAMIR - Utilizasiyaya hansılar gedir? - FOTOREPORTAJ
İstismarda olan avtomobillərin xeyli hissəsi hər il köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Oxu.Az PhotoStock.az-a istinadən bildirir ki, statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Bunu nəzərə alaraq, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb. Həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib. "Tullantılar haqqında" Qanuna uyğun olaraq, ötən müddət ərzində "Təmiz Şəhər" ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən 3 müvafiq təşkilat reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlayıb. Bakıda yerləşən "Fors" MMC və Abşeron rayonunda yerləşən "Fast Track" MMC tərəfindən həyata keçirilən nəqliyyat vasitələrinin utilizasiyası prosesi köhnə və istifadəyə yararsız avtomobillərin təhlükəsiz şəkildə hissələrə ayrılmasını, yararlı ehtiyat hissələrinin seçilərək istifadəyə yönləndirilməsini, qalan materialların isə təkrar emala verilməsini əhatə edir. Bu yanaşma resurslardan səmərəli istifadə olunmasına, yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılmasına və ətraf mühitə düşən yükün azaldılmasına xidmət edir. Nəqliyyat vasitələrinin utilizasiya prosesindən fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə
oxu.az