Dünya
İran İsrailin cənubunu hədəfə aldı
İran ordusu İsrail ərazisini hədəf alan ballistik raketlərin yeni dalğasını buraxıb. Oxu.Az-ın məlumatına görə, bu barədə İslam Respublikasının rəsmi dövlət televiziyası xəbər yayımlayıb. Verilən məlumata əsasən, növbəti raket hücumu İsrailin cənub istiqamətinə, əsasən də Beer-Şeva və Dimona bölgələrinə doğru həyata keçirilib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər