Kriminal

Göygöldə bitişik evlərdə yanğın - XƏSARƏT ALAN VAR

07 Apr 2026, 09:36 1 baxış
Göygöldə bitişik evlərdə yanğın - XƏSARƏT ALAN VAR
Göygöl rayonunda yanğın hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 02:25-də M.Ə.Rəsulzadə küçəsi ev 23-də qeydə alınıb. Belə ki, 1953-cü il təvəllüdlü Zeynəb Məhəmməd qızı Kazımova, 1950-ci il təvəllüdlü Svetlana Bəşir qızı Məmmədova və 1977-ci il təvəllüdlü Laləzar Səhrəddin qızı İmanovaya məxsus ümumi sahəsi 840 kvadratmetr olan evlərdə qəfil yanğın baş verib. Hadisə nəticəsində Svetlana Məmmədova 1-ci dərəcəli yanıq xəsarəti alıb. Qeyd edək ki, sözügedən tikililər alman memarlıq üslubunda, bir-birinə bitişik olmaqla, bir həyətdə bir neçə ailənin yaşadığı evlərdən ibarətdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər