Dünya
İran Səudiyyə Ərəbistanında neft emalı zavodunu vurdu - VİDEO
İran Səudiyyə Ərəbistanının Cübeyl şəhərindəki neft-kimya kompleksinə hücum edib. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, aviazərbələrdən sonra enerji obyektlərində yanğın baş verib. Hücumda ballistik raketlərdən və kamikadze dronlarından istifadə edildiyi qeyd edilib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi raket qalıqlarının enerji infrastrukturuna yaxın düşdüyünü təsdiqləyib. İtkilər barədə hələlik heç bir məlumat verilməyib. Xatırladaq ki, kompleks 60 milyon ton neft istehsal edir ki, bu da dünyanın ümumi neft-kimya istehsalının 6-8%-ni təşkil edir.

Mənbə
oxu.az
Oxşar Xəbərlər