Dünya
Yaponiya xarici əməkdaşlar üçün yaşayış icazəsi qaydalarını sərtləşdirir
Yaponiya hökuməti ölkəyə gələn xarici korporativ əməkdaşlar üçün yaşayış icazəsinin alınması prosesini daha da mürəkkəbləşdirir. Oxu.Az xəbər verir ki, bu barədə "Nikkei" media qrupu məlumat verib. Məlumata görə, İmmiqrasiya Xidməti artıq bu istiqamətdə yoxlamaları gücləndirib. Aprel ayından etibarən "şirkətdaxili köçürülmə" vizası üçün müraciət edənlərdən daha detallı məlumatlar tələb olunur. Xüsusilə, ərizəçinin Yaponiyaya gəlməzdən əvvəl çalışdığı şirkətlə bağlı sənədlər, həmçinin faktiki iş təcrübəsi haqqında ətraflı hesabat təqdim edilməlidir. İşəgötürənlər əməkdaşın əvvəlki iş təcrübəsini rəsmən təsdiqləməli, eyni zamanda sığorta məlumatları və vergi qeydlərini təqdim etməlidirlər. Qeyd edək ki, Yaponiya aprelin 1-dən vətəndaşlıq alınması üçün tələbləri də sərtləşdirib. Artıq ölkədə minimum yaşayış müddəti 10 ilə qədər artırılıb. Ərizələrə baxılarkən əsas meyarlardan biri də xarici vətəndaşın "Yaponiya cəmiyyətinə uyğunluğu"dur. Hökumət, həmçinin aşağıdakı yenilikləri tətbiq etməyi planlaşdırır: - Daimi yaşayış icazəsi üçün gəlir səviyyəsi tələblərinin artırılması; - İş vizasına müraciət edənlər üçün yapon dili biliyinin məcburi təsdiqlənməsi.
Mənbə
oxu.az
Oxşar Xəbərlər