Kriminal

Velosiped sürən 9 yaşlı uşağı maşın vurdu - Video

06 Apr 2026, 21:04 1 baxış
Velosiped sürən 9 yaşlı uşağı maşın vurdu - Video

Yevlaxda 5 ay əvvəl maşın vuran azyaşlının vəziyyəti hələ də yaxşı deyil.


Axar.az xəbər verir ki, bu barədə uşağın atası Asim Abbasov Baku.vs-in "qaynar xətti"nə müraciətində bildirib.


Valideynin sözlərinə görə, hadisə 23 oktyabr 2025-ci il tarixində baş verib. Həmin gün onun 9 yaşlı övladını avtomobil vurub. Qəzanın görüntülərinin mövcud olmasına baxmayaraq, ötən təxminən 5 ay ərzində istintaqın gedişi ailəni ciddi narahat edir.


Hazırda azyaşlı ağır vəziyyətdədir. Bildirilir ki, o, birtərəfli iflicdən əziyyət çəkir və uzunmüddətli müalicə, eləcə də reabilitasiya prosesinə ehtiyac duyur.


Ailə həm maddi, həm də mənəvi baxımdan çətin vəziyyətdə olduqlarını vurğulayır və məsələnin daha diqqətli araşdırılmasını, ədalətli qərarın verilməsini istəyir.


Mənbə axar.az

Oxşar Xəbərlər