İqtisadiyyat
Novxanıda dörd milyon manata yeni yarımstansiya tikiləcək
Abşeron rayonu, Novxanı qəsəbəsində 35/6 kV-luq yeni yarımstansiya tikiləcək. Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedurlara start verilib. Belə ki, qəsəbə ərazisində yerləşən mövcud 6/0.4 kV-luq 919 saylı Paylayıcı Qurğunun (PQ) əvəzinə 35/6 kV-luq yeni yarımstansiyanın tikintisi nəzərdə tutulub. Sözügedən işlərin həyata keçirilməsinə xərclənəcək ilkin ehtimal olunan məbləğ 4 105 696 manatdır.
Mənbə
oxu.az