Digər

Tokionun bu addımı düşmənçilikdir - Rusiya

06 Apr 2026, 18:17 2 baxış
Tokionun bu addımı düşmənçilikdir - Rusiya

Yaponiya və Ukrayna arasındakı PUA sahəsindəki əməkdaşlığı düşmənçilik kimi qiymətləndiririk.


Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.


O vurğulayıb ki, Ukraynada yaradılacaq Yaponiya ilə birgə PUA istehsalı müəssisələri Rusiya ordusunun qanuni hədəfi olacaq.


Qeyd edək ki, Yaponiyanın “Terra Drone Corporation” şirkəti ilə Ukraynanın PUA istehsalçısı “Amazing Drones” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər