Kriminal
Bakıda 54 yaşlı kişi maşında öldü
Bakıda sürücü sükan arxasında dünyasını dəyişib. Oxu.Az-ın məlumatına görə, hadisə aprelin 4-də gecə saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Ləyaqət Vəliyev "Toyota" markalı avtomobillə hərəkətdə olarkən qəfil özünü pis hiss edib. O, sükan arxasında infarkt keçirib və elə avtomobildə də ölüb. Hazırda faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az