İqtisadiyyat

"Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə

06 Apr 2026, 17:45 1 baxış
"Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə
5-8 may tarixlərində "Bakı Ekspo Mərkəzi"ndə 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu ("Caspian Agro Week"), eləcə də 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgiləri keçiriləcək. Sərgilərdə bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, qənnadı məmulatları, meyvə-tərəvəz, şirələr, çay, süd və süd məhsulları, kənd təsərrüfatı və qida sənayesi üzrə avadanlıqlar, eləcə də müvafiq sektorlar üzrə xidmətlər təqdim ediləcək. Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb. Bildirilib ki, əvvəlki illərdə olduğu kimi bu il də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müvafiq sərgilərdə iştirakına dəstək göstəriləcək. Belə ki, sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına KOB subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stend qurulacaq. Məhsul və xidmətlərini KOBİA-nın stendində sərgiləmək istəyən KOB-lar 23 aprel 2026-cı il, saat 18:00-dək aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "Caspian Agro Week" və ya "InterFood Azerbaijan" qeyd olunmalıdır) müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1
Mənbə oxu.az

Oxşar Xəbərlər