İqtisadiyyat

SOCAR ilin ilk iki ayında 27.4 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

06 Apr 2026, 15:23 1 baxış
SOCAR ilin ilk iki ayında 27.4 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 27.4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın mart sayında bildirilir. Bildirilir ki, bu, 2025-ci ilin iki ayı ilə müqayisədə 43 milyon ABŞ dolları və ya 2.6 dəfə azdır. Ötən iki ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 19.7 % artaraq 580.1 milyon ABŞ dolları təşkil edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər