Kriminal

Qusarda 10-dan çox kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi - FOTO - VİDEO

06 Apr 2026, 15:40 6 baxış
Qusarda 10-dan çox kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi - FOTO - VİDEO
Qusar rayonunda güclü yağışlar və torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub. Oxu.az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Qeyd olunub ki, aramsız yağan leysan nəticəsində Qusar-Həzrə yolunun Yasab kəndi ərazisindən keçən hissəsində yol tamamilə çöküb. Yasab və Piral kəndlərində yaşayan sakinlərin rayon mərkəzi ilə əlaqəsində ciddi çətinliklər yaradıb. 10-dan çox kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin kəsildiyi bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda problemin aradan qaldırılması üçün müvafiq qurumların əraziyə cəlb olunduğu qeyd olunub.
Qusarda 10-dan çox kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər