Kriminal

Qida borusunda yemək qalan qadın öldü

06 Apr 2026, 13:56 1 baxış
Qida borusunda yemək qalan qadın öldü
Bakının Ələt qəsəbəsində 64 yaşlı qadın qida borusunda yemək qalması nəticəsində ölüb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə aprelin 4-də saat 20 radələrində baş verib. Belə ki, Ələt qəsəbə sakini 1962-ci il təvəllüdlü Aygün Lətif qızı Abbasovanın yaşadığı evdə qida borusunda yemək qalıb. Nəticədə o, həyatını itirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər