Digər

Onlar bir-bir aradan götürüləcək - Katz hədələdi

06 Apr 2026, 13:32 2 baxış
Onlar bir-bir aradan götürüləcək - Katz hədələdi

İranlı rəsmilər bir-bir aradan götürüləcək.


Axar.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz SEPAH-ın Kəşfiyyat rəisi Seyid Məcid Xatəminin öldürülməsinə münasibət bildirərkən deyib.


“SEPAH mülki insanlara atəş açır. Biz terrorçuların liderlərini aradan götürürük. İranlı liderlər təqib olunma vəziyyətində yaşayırlar. Biz onları bircə-bircə axtarıb tapmağa davam edəcəyik”, - Katz vurğulayıb.


O əlavə edib ki, İsrail İranın petrokimyəvi sənayesinə və polad istehsalı infrastrukturuna zərbələr endirib:


“Bu gün və eləcə də hər gün bunun davamı gələcək”.

Mənbə axar.az

Oxşar Xəbərlər