Kriminal
Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan daha ikisinin vəziyyəti ağırlaşdı
Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan daha ikisinin vəziyyəti ağırlaşıb. Bu barədə Oxu.Az-a Sumqayıt Tibb Mərkəzi və Respublika Pediatriya Mərkəzindən daxil olan birgə məlumatda bildirilib. Məlumatda qeyd edilib ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir: "Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir. Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qadın cinsli) isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir". Xatırladaq ki, aprelin 2-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində bir ailənin 6 azyaşlı övladı dəm qazından zəhərlənib. Azyaşlılar xəstəxanaya yerləşdirilsələr də, onlardan biri dünyasını dəyişib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər