Kriminal
Bakının mərkəzində minik avtomobili YANDI - VİDEO
Bakının Nəsimi rayonu ərazisində minik avtomobilində yanğın hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Hadisənin ötən gün gecə saatlarında Ceyhun Hacıbəyli küçəsində qeydə alındığı bildirilir. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən fakt təsdiqlənib. Qeyd olunub ki, hadisə ötən gün saat 21:00-da qeydə alınıb. "Nazirliyin 112 qaynar telefon xəttinə Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində avtomobildə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Yanğınsöndürənlər tərəfindən "Dodge Charger" markalı avtomobildə baş verən yanğın qısa müddətdə söndürülüb, ətraf ərazilər yanğından mühafizə olunub", - deyə məlumatda bildirilib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər