Kriminal
İrandan Azərbaycana 21 kq narkotikin keçirilməsinin qarşısı alındı
Azərbaycana 21 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan ölkəmizə keçirilməsinin qarşısı alınıb: "Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 21 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir".
Mənbə
oxu.az
Oxşar Xəbərlər