Kriminal
Məktəbli qız dəm qazından zəhərləndi
Ağdaş rayonunda məktəbli qız dəm qazından zəhərlənib. Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki evlərdən birində baş verib. Şəhər sakini, 2011-ci il təvəllüdlü T.Qarazadə yaşadığı evdə dəm qazından zəhərlənib. O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib. Həkimlərin səyi nəticəsində 15 yaşlı qızın həyatını xilas etmək mümkün olub. Məlumata görə, T.Qarazadə 9-cu sinif şagirdidir. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər