Digər

Plan tamamlandı: İran razılığa gəlməsə...

06 Apr 2026, 11:38 2 baxış
Plan tamamlandı: İran razılığa gəlməsə...

ABŞ və İsrail ordusu İranın enerji infrastrukturunun əsas obyektlərini məhv etməyə yönəlmiş genişmiqyaslı hücum planını tamamlayıblar.


Axar.az xəbər verir ki, bunu amerikalı mənbələr “Axios”a deyib.


Mənbələr bildirib ki, əməliyyat planının həyata keçirilməsi ABŞ-ın İranla razılaşma əldə etmək üçün verdiyi vaxt bitənədək təxirə salınıb.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrana verilən möhlətin 7 aprel saat 20:00-da bitəcəyini, o vaxta qədər tələblər yerinə yetirilməyəcəyi halda İrana “cəhənnəm yaşadacağını” elan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər