Kriminal
Güclü sel Siyəzəndə körpünü uçurdu - VİDEO
"Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində Siyəzən-Məşrif avtomobil yolunun 11-ci kilometrliyindəki Gilgilçay üzərində yerləşən körpünün bir hissəsinin uçması ilə əlaqədar təhlükəsizlik tədbirləri görülür". Bunu Oxu.Az-a açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
"Dərhal əraziyə AAYDA əməkdaşları cəlb olunublar və müvafiq təhlükəsizlik tədbirləri görülüb. Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur", - deyə A.Nəcəfli bildirib. Siyəzən rayonunda güclü sel fəsadlara səbəb olub və yol infrastrukturu ciddi zərər dəyib. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Qeyd olunub ki, bu gün səhər saatlarında Siyəzən-Məşrif avtomobil yolunda yerləşən, Gilgilçay üzərindəki körpü uçub. Körpünün uçması nəticəsində ərazidən keçən qaz və rabitə xətləri də sıradan çıxıb. Bu səbəbdən bölgəyə təbii qazın verilişi məhdudlaşdırılıb, rabitə əlaqəsində fasilə yaranıb. Hazırda rayon mərkəzinə getmək üçün Şabran rayonu ərazisindən keçən alternativ yoldan istifadə olunur Hadisə yerinə rayon Fövqəladə hallar komissiyasının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu bildirilir.

Mənbə
oxu.az
Oxşar Xəbərlər