Digər

Nazirlikdən XƏBƏRDARLIQ: Ağdərədə partlayışlar olacaq

06 Apr 2026, 09:36 2 baxış
Nazirlikdən XƏBƏRDARLIQ: Ağdərədə partlayışlar olacaq
Ağdərədə 6-10 aprel tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Qeyd edilib ki, istismara yararsız sursatların təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv olunması prosesi həyata keçiriləcək. "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə MN-dən bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər