Kriminal
Bakıda güclü külək ağacı maşının üzərinə AŞIRDI - FOTO - VİDEO
Bakıda yağışlı və küləkli hava fəsadlara səbəb olub. Oxu.Az xəbər verir ki, Nizami rayonunda ağac nəqliyyat vasitəsinin üstünə aşıb.
Hadisə Bəkir Çobanzadə 63, küçəsində qeydə alınıb. Güclü külək nəticəsində ağac VAZ-2107 markalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, hadisə ilə əlaqədar qurumun operativ qrupu hadisə yerinə cəlb olunub. "Yıxılmış ağac ərazidən götürülüb", - deyə məlumatda qeyd edilib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər