Cəmiyyət

Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY

06 Apr 2026, 09:34 2 baxış
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY

ADY ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.


Axar.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.


Bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, bütün infrastruktur obyektlərinə fasiləsiz nəzarət edilir:


“Təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən bəzi istiqamətlər üzrə qatarların qrafikində qismən kənara çıxma halları ola bilər. Aramsız külək və yağışın qatarların görünmə məsafəsini və səsinin eşidilməsini məhdudlaşdıra biləcəyini nəzərə alaraq sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”.

Mənbə axar.az

Oxşar Xəbərlər