Maraqlı

Qvatemalada iki min il əvvələ aid yaşayış məskəni tapılıb

06 Apr 2026, 05:52 1 baxış
Qvatemalada iki min il əvvələ aid yaşayış məskəni tapılıb
Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun arxeoloqları Atitlan gölünün dibində batmış maya yaşayış məntəqəsinin mövcudluğunu təsdiqləyiblər. Su altında meydanlar, evlərin bünövrələri və daş abidələr aşkar edilib. Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Maritime Archaeology" jurnalında dərc olunub. Araşdırma göl ətrafında yaşayan yerli maya icması olan tsutuxil xalqının nümayəndələri ilə birlikdə aparılıb. Alimlər hidrolokator vasitəsilə ərazini tədqiq edərək təxminən 70 kilometr uzunluğunda sualtı marşrutlar müəyyən ediblər və daha sonra axtarış zonasını daraldıblar. Ardınca səkkiz dalğıcdan ibarət qrup dörd gün ərzində gölün dibini araşdıraraq tikililərin qalıqlarını aşkar edib. Su altında daş platformalar, düzbucaqlı otaqlar, meydanlar və stelalar (şaquli daş lövhələr) adi maya yaşayış məntəqələrində olduğu kimi qruplaşdırılmış vəziyyətdə qorunub. Bu da alimlərə belə nəticəyə gəlməyə imkan verib ki, burası əvvəllər düşünüldüyü kimi ritual məkan deyil, vaxtilə quruda yerləşən bir kənd olub. Atitlan gölü vulkanik kalderada yerləşir və su səviyyəsinin əhəmiyyətli dəyişməsi ilə tanınır. Alimlərin fikrincə, su səviyyəsinin yüksəlməsi nəticəsində yaşayış məntəqəsi tədricən su altında qalıb. Keramika tapıntıları və obsidian parçası yaşayış məntəqəsinin tarixinin müəyyənləşdirilməsinə kömək edib. Tədqiqatçıların qiymətləndirməsinə görə, kənd mayaların son sinifli cəmiyyətdən qabaqkı dövrdə - təxminən e.ə. 350-ci ildən eramızın 250-ci ilə qədər mövcud olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər