Digər

Aralıq dənizində qayıq batdı: 70 miqrant itkin düşdü

06 Apr 2026, 01:48 2 baxış
Aralıq dənizində qayıq batdı: 70 miqrant itkin düşdü

Aralıq dənizində miqrantları daşıyan qayığın aşması nəticəsində azı iki nəfər həlak olub, 70-dən çox şəxs itkin düşüb.


Axar.az xəbər verir ki, bu barədə “Mediterranea Saving Humans” qeyri-hökumət təşkilatı məlumat yayıb.


Təşkilat bildirib ki, şənbə günü günortadan sonra Liviyadan yola düşən, göyərtəsində qadın və uşaqlar da daxil olmaqla 105 nəfər olan qayıq batıb. Nəticədə 70-dən çox şəxs itkin düşüb. Axtarışlar zamanı iki nəfərin meyiti sudan çıxarılıb, 32 nəfər isə xilas edilib. Hadisə Liviyanın nəzarətində olan axtarış-xilasetmə zonasında baş verib.


Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, cari ilin əvvəlindən etibarən Aralıq dənizində 683 miqrant həlak olub və ya itkin düşüb.

Mənbə axar.az

Oxşar Xəbərlər