Cəmiyyət

Keşlədə kollektor üzərində tikilmiş ev sökülür - Video

05 Apr 2026, 21:08 2 baxış
Keşlədə kollektor üzərində tikilmiş ev sökülür - Video

Uzun müddət əvvəl Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektorun üzərində inşa edilən iki mərtəbəli yaşayış evinin sökülməsi ilə bağlı qərar verilib.


Axar.az xəbər verir ki, artıq aidiyyəti qurumlar tərəfindən söküntü işlərinə start verilib.


Mütəxəssislərin fikrincə, gələcəkdə belə halların digər ərazilərdə təkrarlanmaması üçün qanunsuz tikilmiş bu evin təxirəsalınmaz şəkildə sökülməsi və kollektor xəttinin bərpası vacibdir.


Qeyd olunur ki, evin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir hissəsi tutulub və yağış sularının axıdılmasında problemlər yaranıb.

Mənbə axar.az

Oxşar Xəbərlər