Cəmiyyət
Bakıda müxtəlif ərazilərdə yığılan yağış suları kənarlaşdırılır - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hazırda Bakı şəhəri və Abşeron yarmadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılır. Oxu.Az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Qaradağ Rayon Sukanal İdarəsi Puta gölünün leysan yağışlar zamanı səviyyəsinin qalxmasının öncədən qarşısını almaq məqsədilə diametri 1 000 mm olan 20 paqon metr uzunluqda əlavə suötürücü dəmir - beton boru quraşdırıb. Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb. Bakı-Ələt-Qazax magistral yolunun 16-cı kilometrliyində yığılan yağış suları xüsusi nasoslar vasitəsilə ərazidən təmizlənib. Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olmayan qəzalı, istisamara yararsız təxliyə xətti Sabunçu Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən aşkara çıxarılaraq təmir olunduqdan sonra 18 metrlik hissə bərpa edilib. Əraziyə yığılan yağış suları nasos vasitəsilə həmin xətlə kənarlaşdırılacaq. Bağlar Sukanal İdarəsinin xidməti ərazisinə aid olan Məmmədli və Digah qəsəbələrinin əraziləri yağış sularından təmizlənir. Suraxanı rayonunun Zıg qəsəbəsinin İdris Süleymanov küçəsində d200mm kanalizasiya xəttində yükllənmə səbəbindən tutulma baş verib və nəticədə yağış suyu ətrafa dolub. Suraxanı Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən xüsusi avadanlıqlar vasitəsi tutulma açılıb və ətrafa toplanan yağış suyu kənarlaşdırılıb.

Mənbə
oxu.az