Cəmiyyət

Qusarda gənci sel apardı

05 Apr 2026, 16:00 2 baxış
Qusarda gənci sel apardı

Qusar rayonunda bədbəxt hadisə baş verib.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Gündüzqala kəndi ərazisindən keçən Quru çayda qeydə alınıb.


Belə ki, kənd sakini, 27 yaşlı Faiq Fərid oğlu Rəsulovu qəfil yaranan sel aparıb.


İlkin məlumata əsasən, son günlər müşahidə olunan yağıntılı hava şəraiti nəticəsində çayda suyun səviyyəsi kəskin artıb və bu da faciəyə səbəb olub.


Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hazırda ərazidə axtarış-xilasetmə tədbirlərinin aparıldığı bildirilir.


Faktla bağlı araşdırma davam edir.

Mənbə axar.az

Oxşar Xəbərlər