Cəmiyyət

Bir marşrutun hərəkət sxemi dəyişdirildi

05 Apr 2026, 15:24 2 baxış
Bir marşrutun hərəkət sxemi dəyişdirildi
53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə (Cavidan İbrahimli küçəsi) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar 53 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib. Dəyişikliyə əsasən, marşrutun hərəkəti Badamdar qəsəbəsi - metronun "Elmlər Akademiyası" stansiyası - "Azneft" dairəsi - 20-ci sahə istiqamətində təşkil olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər