Maraqlı

"Yeni Avaz 3" - 15 ilin Hitləri

05 Apr 2026, 13:06 1 baxış
"Yeni Avaz 3" - 15 ilin Hitləri
Araz Radiosunun ənənəyə çevrilən və hər dəfə böyük maraqla qarşılanan layihəsi bu dəfə daha da fərqli formatda geri qayıdır. Bu möhtəşəm layihə Xəzər Media Mərkəzinin dəstəyi ilə həyata keçirilir. Layihəni 6 aprel tarixində Xəzər Media Mərkəzinin efirində yayımlanan "İncə səhər", "Qonaqcanlı" və "Xəzər axşamı" verilişlərində canlı olaraq izləyə bilərsiniz. Araz Radiosunun 15 illik yubileyinə özəl hazırlanan "Yeni Avaz 3" layihəsi bu dəfə xüsusi konseptlə təqdim olunur. 15 ilin hit mahnıları bu dəfə gənc ifaçıların təqdimatında tamamilə yeni nəfəs qazanır. Layihənin əsas özəlliyi isə odur ki, bu dəfə səhnə gənclərindir! Gənc ifaçılar, 15 il öncə hit olmuş mahnıları öz tərzlərində təqdim edərək, həm nostalji hisslər yaşadır, həm də musiqiyə müasir baxış qatırlar. ​"Sən və Mən" (ilk ifaçı: Röya Ayxan, bəstəkar: Hacı Nazim) - Anaranın ifasında yeni ruhda ​​"Dəli Küləyim" (ilk ifaçı: Samira AliMəryəm, bəstəkar: Muxtar Abseynov) - Melayın təqdimatında fərqli enerji ilə ​"Ürəyimsən" (ilk ifaçı: Tünzalə, Xəyyam & Murad Arif, bəstəkar: Murad Arif) - Camal Qasımovun ifasında yeni hisslərlə ​​"Mənə Bax" (ilk ifaçı: Elton, bəstəkar: Hacı Nazim) - "Naz" vokal ansamblının özəl təqdimatında ​"Mənim Mənim" - (Tapar məni adı ilə tanınan) (ilk ifaçı: Flora Kərimova) - Rahib Mirzoevin ifasında fərqli tərzdə ​"Buludlar" (ilk ifaçı və bəstəkar: Ceyhun Zeynalov/İsmayıl Əsədov) - Amir Paşayevin dinamik təqdimatında ​"Təyyarələr" (ilk ifaçı: Natavan Həbibi, bəstəkar: Murad Arif) - Elgün & Səbinə duetində yeni çalarda ​"Bir Sevgim Var" (ilk ifaçı: Sevda Ələkbərzadə, bəstəkar: Muxtar Abseynov) - Könülün ifasında tamam başqa hisslərlə Araz FM 4 aprel 2011-ci il tarixində fəaliyyətə başlayıb, 103.3 MHz tezliyində yayımlanır. Bu vaxt ərzində radionun stabil dinləyici auditoriyası formalaşıb, əhatə coğrafiyası daha da genişlənib. Hazırda radiomuzun yayımlandığı verilişləri Azərbaycanın bütün rayonlarında, dinləmək mümkündür. Radiomuz tematik xəbər proqramları, sosial yönümlü layihələrlə, avtomobil həvəskarları üçün tövsiyə xarakterli verilişlərlə zövqlü, düşündürücü, milli musiqilərlə xidmətinizdədir. "Araz FM" - Qovuşduran radio! Araz 103.3 FM-in "İnstagram" hesabı: https://www.instagram.com/arazfm.az?igsh=MW04bXUyNTV1ZzZrOA%3D%3D&utm_source=qr Araz 103.3 FM-in "YouTube" hesabı: https://youtube.com/@araz-fm?si=bP7jBlM4SvwjkjWx Yeni Avaz layihəsinin "TikTok" hesabı: https://www.tiktok.com/@yeniavazofficial?_r=1&_t=ZS-95EM1k3T4PR
Mənbə oxu.az

Oxşar Xəbərlər