Dünya
İranda uçuşlara qadağanın vaxtı uzadıldı: Hava məkanı nə vaxt açılacaq?
İranın hava məkanı azı aprelin 12-dək bağlı qalacaq. Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə Yaxın Şərq üzrə aviadispetçer dairələrindəki mənbə məlumat verib. "İran səması uçuşlar üçün təxminən aprelin 12-si, bazar günü ümumdünya vaxtı ilə saat 08:30-a (Bakı vaxtı ilə 12:30 - red.) qədər bağlı olacaq", - deyə həmsöhbət bildirib. Qadağa çərçivəsində istisna olaraq dövlət, hərbi və sanitar aviasiya uçuşlarına, həmçinin axtarış-xilasetmə məqsədilə və mülki aviasiya idarəetmə orqanının xüsusi icazəsi ilə həyata keçirilən reyslərə icazə verilə bilər. Xatırladaq ki, İranın hava məkanı fevralın 28-də ABŞ və İsrailin hərbi əməliyyatlara başlamasından sonra bağlanıb.
Mənbə
oxu.az