Dünya
"İnsanlıq Ayın gizli üzünü gördü - "Bu, tanıdığımız Ay deyil"
"Orion" kosmik gəmisinin heyəti "Artemis II" missiyası çərçivəsində Ayın uzaq tərəfini müşahidə edib. Oxu.Az xəbər verir ki, onlar bu barədə BBC-yə verdikləri müsahibədə danışıblar. "İçindəki nəsə sənə deyir ki, bu, görməyə alışdığın Ay deyil", - deyə astronavt Kristina Kox bildirib. Şənbə günü Britaniya yay vaxtı ilə saat 23:00-a (Bakı vaxtı ilə 22:00) olan məlumata görə, NASA-nın onlayn paneli "Orion" gəmisinin Yerdən 180 000 mildən (289 681 kilometrdən) çox uzaqlaşdığını göstərib. NASA astronavtlarının "Artemis II" missiyası aprelin 1-də Aya doğru yola düşüb. Bu, son yarım əsrdən artıq müddətdə ilk belə missiyadır. Proqramın əsas məqsədi növbəti mərhələyə - Ayın səthinə enişin planlaşdırıldığı "Artemis III" missiyasına hazırlıqdır.
Mənbə
oxu.az