Maraqlı
Üzdə qırışların yaranmaması üçün hansı vəziyyətdə yatmaq məsləhət görülür?
Əgər yuxudan doymursunuzsa, səhərlər bel və ya kürək nahiyəsində ağrılar hiss edirsinizsə, yəqin ki, yanlış pozada yatırsınız. Bəs hansı hallarda onu dəyişdirmək lazımdır? Oxu.Az xəbər verir ki, rusiyalı həkim-somnoloq Roman Buzunov Aif.ru-ya bu barədə müsahibə verib. O bildirib ki, böyrü üstə yatmaq insanlar arasında ən geniş yayılmış vəziyyətdir. Çoxları üçün bu poza ən rahatı hesab olunur və bu təsadüfi deyil. Həkimin sözlərinə görə, böyrü üstə yatmaq kürək və bel ağrılarından qurtulmağa kömək edir. Həkim əlavə edib ki, qadınlar qırışların yaranmasının qarşısını almaq üçün tez-tez kürək üstə yatmağa üstünlük verirlər. "Həqiqətən də, insan kürək üstə yatdıqda, dərinin deformasiyası və qırışların əmələ gəlməsi ehtimalı azalır. Bununla belə, kürək üstə yatmaq, xüsusən də döşək daha sərt olarsa, bel ağrılarına səbəb ola bilər. Buna görə də, əgər siz kürək üstə yatmağa üstünlük verirsinizsə, ağrı hissi yaranmaması üçün döşəyini daha yumşaq olmalıdır. Kürək üstə yatmağın digər bir problemi xoruldama və yuxu apnesinin (yuxuda tənəffüsün dayanması xəstəliyi) ağırlaşmasıdır. Bundan başqa, qarın üstə yatmaq onurğanın boyun nahiyəsində problemlər yarada bilər, çünki bu vəziyyətdə baş güclü şəkildə yana çevrilir. Üstəlik, qarın üstə yatarkən üz yataqla maksimum təmasda olur ki, bu da dəridə qırışların və izlərin yaranmasını sürətləndirə bilər", - deyə o bildirib.
Mənbə
oxu.az