Dünya
KİV: İtaliyanın hava limanlarında yanacaq məhdudiyyətləri tətbiq olunmağa başlayıb
Yaxın Şərqdəki münaqişə səbəbindən İtaliyanın dörd hava limanında aviasiya yanacağına qənaət tədbirləri görülməyə başlanıb. Oxu.Az "Corriere della Sera"ya istinadən xəbər verir ki, söhbət Milan, Venesiya, Trevizo və Bolonya hava limanlarından gedir. Məlumata görə, bu hava limanlarında yanacaq təminatına limit tətbiq edilib. Qeyd olunub ki, yanacaq doldurulmasında üstünlük tibbi reyslərə və uçuş müddəti üç saatdan çox olan təyyarələrə veriləcək. Bundan əvvəl yerli KİV yazıb ki, İtaliya hökumətinin avtomobil yanacağı qiymətlərinin artımının qarşısını almaq üçün maliyyə resursları, demək olar ki, tükənib.
Mənbə
oxu.az