Dünya
İraq gəmiləri Hörmüz boğazından keçid məhdudiyyətlərindən azad edilib
İraq Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı tətbiq olunan məhdudiyyətlərdən azad edilib. Oxu.Az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" qərargahının bəyanatında bildirilib. "Qardaş İraq Hörmüz boğazı ilə bağlı tətbiq edilən məhdudiyyətlərdən azad edilib", - deyə bəyanatda bildirilir. Sənəddə, həmçinin vurğulanıb ki, məhdudiyyətlər yalnız düşmən ölkələrə şamil olunur.
Mənbə
oxu.az