Dünya

Tramp NATO-nu zəifləmiş və etibarsız tərəfdaş adlandırdı

04 Apr 2026, 20:36 1 baxış
Tramp NATO-nu zəifləmiş və etibarsız tərəfdaş adlandırdı
ABŞ Prezidenti Donald Tramp NATO-nu zəifləmiş və etibarsız tərəfdaş adlandırıb. Oxu.Az xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb. Paylaşımında o, səhvən NATO abreviaturunu "Şimali Atlantika Müqaviləsi Təşkilatı" (North Atlantic Treaty Organization) kimi deyil, "Şimali Amerika Müqaviləsi Təşkilatı" (North American Treaty Organization) kimi açan "The New York Times" qəzetini də tənqid edib.
"Etibar qazana bilməyən və sevdiyiniz prezidentə, yəni mənə qarşı davamlı saxta xəbərlərlə hücum edən, nəticədə tirajı kəskin azalan "New York Times" bizim çox zəifləmiş və son dərəcə etibarsız "tərəfdaşımız" NATO-nu "Şimali Amerika Müqaviləsi Təşkilatı" adlandırıb", - Ağ Evin rəhbəri yazıb.
Tramp NATO-nu zəifləmiş və etibarsız tərəfdaş adlandırdı
Mənbə oxu.az

Oxşar Xəbərlər