Dünya
KİV: ABŞ-nin "A-10" hücum təyyarəsi İran ərazisində vurulmayıb
ABŞ-nin "A-10" hücum təyyarəsi İran ərazisində vurulmayıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" nəşri mənbələrə istinadən məlumat verib. Qeyd edilir ki, təyyarənin pilotu İran hava məkanından çıxa bilib, katapult edib və xilas olunub. Xatırladaq ki, daha əvvəl ABŞ-yə məxsus "A-10" hücum təyyarəsinin Hörmüz boğazı yaxınlığında qəzaya uğradığı bildirilirdi. "A-10" tankların, zirehli texnikanın və digər yerüstü hədəflərin məhv edilməsi üçün hazırlanmış birnəfərlik, ikimühərrikli ABŞ hücum təyyarəsidir.
Mənbə
oxu.az