Dünya

Avropa ABŞ-nin NATO ilə bağlı düşüncələrindən narahatdır

04 Apr 2026, 15:20 1 baxış
Avropa ABŞ-nin NATO ilə bağlı düşüncələrindən narahatdır
"NATO özünün yaranmasının 77-ci ildönümünü müttəfiqlər arasında indiyə qədər rast gəlinməyən gərginlik fonunda qeyd edir". Oxu.Az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken "X" sosial şəbəkəsində bildirib. Siyasətçi bildirib ki, bu gün alyans daxilində əvvəlkindən daha çox gərginlik var. Qeyd olunub ki, ABŞ-nin Prezidenti Donald Tramp bəzi Avropa müttəfiqlərinin İrandakı əməliyyatı dəstəkləməkdən imtina etməsindən sonra ABŞ-nin NATO-ya üzvlüyünü şübhə altına alıb. Franken ehtiyat edir ki, Vaşinqton alyansda qalsa belə, NATO-nun müdafiə qabiliyyəti yenə də təhlükə altında ola bilər. "Tramp Avropadakı ABŞ bazalarını bağlaya, ABŞ qoşunlarını geri çəkə və kəşfiyyat paylaşımını dayandıra, eləcə də digər vacib dəstək formalarını azalda bilər", - deyə nazir bildirib. Onun fikrincə, ABŞ alyansdan ayrılarsa, Aİ təkbaşına boşluğu bağlaya bilmək ixtiyarında deyil. Franken əlavə edib ki, ayın sonunda müttəfiqlər arasında fikir ayrılıqlarını müzakirə etmək üçün Vaşinqtona səfər etməyi planlaşdırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər