Dünya
Abbas Əraqçi: "İran İslamabaddakı danışıqlardan imtina etməyib" - FOTO
"İran İslamabad danışıqlarından imtina etməyib. Lakin Tehran müharibənin sona çatması üçün irəli sürülən şərtlərdən narahatdır". Oxu.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı "X" hesabında bildirib. "Pakistanın səylərinə görə dərin minnətdarlığımızı bildiririk və qeyd edirik ki, heç vaxt İslamabada getməkdən imtina etməmişik. Bizi narahat edən məsələ qanunsuz olan bu müharibənin sonlanması üçün irəli sürülən şərtlərdir", - deyə nazir paylaşımında qeyd edib. Əraqçının sözlərinə görə, ABŞ mediası İranın danışıqlarla bağlı mövqeyini təhrif edir.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Mənbə
oxu.az