Cəmiyyət

Azərbaycanlı deputat futbol matçında ağır zədələndi - VİDEO

04 Apr 2026, 14:16 2 baxış
Azərbaycanlı deputat futbol matçında ağır zədələndi - VİDEO
Türkiyənin Antalya şəhərində Türk Dünyası Parlamentlərarası beynəlxalq futbol turnirinin final matçı keçirilib. Oxu.Az xəbər verir ki, turnirin final qarşılaşmasında Azərbaycan və Türkiyə nümayəndələri üz-üzə gəliblər. Qarşılaşma Türkiyə milli komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Türkiyə millisinin heyətində oyunun 14-cü dəqiqəsində Fatih Şahin, 26-cı dəqiqəsində isə Oktay Çanak, 60+2 dəqiqədə isə Türkiyənin gənclər və idman naziri Osman Bak fərqləniblər. Yığmamızın yeganə qolunu isə 49-cu dəqiqədə Fərid Məmmədquluzadə vurub. Beləliklə Azərbaycan turniri ikinci yerdə tamamlayıb. Qırğızıstan isə üçüncü olub. Qeyd edək ki, bundan əvvəl Azərbaycan Qırğızıstana 1:2 hesabı ilə məğlub olub. Şimali Kiprə isə 3:0 hesabı ilə qalib gəlmişdi. Matçın ən vacib anlarından biri də azərbaycanlı deputatın zədələnməsi olub. Belə ki, oyunun 20-ci dəqiqəsində milli heyətin üzvü Kamran Bayramov ciddi travma alıb. O, həkimlərin müdaxiləsindən sonra meydanı tərk etməli olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər