Dünya

SEPAH-ın ABŞ helikopterini vurması ilə bağlı yaydığı görüntülər yalan çıxdı - FOTO

04 Apr 2026, 14:38 1 baxış
SEPAH-ın ABŞ helikopterini vurması ilə bağlı yaydığı görüntülər yalan çıxdı - FOTO
İranın "Tasnim" informasiya agentliyinin yaydığı SEPAH-ın ABŞ-nin "Black Hawk" helikopterinə zərbə endirdiyini təsdiqləyən görüntülərin yalan olduğu məlum olub. Oxu.Az xəbər verir ki, bu barədə "BT News" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, sözügedən görüntülər 2020-ci ildə Suriyada, İdlibdə "Mi-17" helikopterinin vurulma anını əks etdirir.
{{gallery}} Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər