Dünya

İsrail ordusu bütün Tehran ərazisində əsas müdafiə obyektlərinə zərbələr endirib - VİDEO

04 Apr 2026, 13:08 1 baxış
İsrail ordusu bütün Tehran ərazisində əsas müdafiə obyektlərinə zərbələr endirib - VİDEO
İsrail Müdafiə Qüvvələri (SAXAL - IDF) Tehran boyunca əsas müdafiə obyektlərinə hücum edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətindən məlumat verib. Bildirilib ki, zərbələr İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava hücumundan müdafiə obyektlərinə, ballistik raketlərin saxlanıldığı hərbi obyektə, eləcə də silahların istehsalı, tədqiqatı və inkişafı obyektlərinə endirilib.
Həmçinin İsrail Hərbi Hava Qüvvələri Tehrana yeni zərbələr endirildiyini bildirib. İran paytaxtının hava hücumundan müdafiə sistemləri və zenit-raket anbarı hücumlar seriyanın hədəfi kimi müəyyən edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər