Dünya
ABŞ və İsrail İranda neft-kimya şirkətlərinə zərbələr endiriblər
ABŞ və İsrail İranın cənub-qərbindəki Mahşəhr xüsusi iqtisadi zonasında neft-kimya şirkətlərinə ən azı üç zərbə endirib. Oxu.Az-ın "Fars" agentliyinə istinadən xəbərinə görə, bu barədə Xuzestan əyalətinin qubernator müavini məlumat verib. "Saat 10:47-də (Bakı vaxtı ilə saat 11:17 - red.) Mahşəhr xüsusi neft-kimya zonasında üç zərbə endirilib və güclü partlayış baş verib. İlkin qiymətləndirmələrə görə, ABŞ və İsrailin Mahşəhrə hava hücumu nəticəsində "Fəcr-1" və "Fəcr-2", "Redjal" və "Amir Kabir" neft-kimya şirkətləri zərbəyə məruz qalıb", - deyə məlumatda bildirilib. Qubernator müavini hesab edir ki, bu hücum nəticəsində mülki şəxslərin ölməsi və yaralanması ehtimalı çox yüksəkdir.
Mənbə
oxu.az